354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

Hazırda oxunan: 354 mindən çox uşaqda BU XƏSTƏLİKLƏR aşkarlanıb

633345

Azərbaycanda 18 yaşadək ilk dəfə qoyulmuş diaqnozla 354 755 uşaqda tənəffüs sistemi xəstəlikləri aşkarlanıb.

Bizim.Media Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” məcmuəsinə əsasən xəbər verir ki, onların 282 114-ü 0-13 yaş, 72 641-i isə 14-17 yaş qrupuna aid olub.

Məlumata görə, tənəffüs sistemi xəstəliklərindən ölən uşaqların sayı 138 nəfər təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə 0-13 yaş qrupunda 320 330 nəfər, 14-17 yaş qrupunda isə 85 441 nəfər olmaqla ümumilikdə 405 771 uşaqda ilk dəfə qoyulmuş diaqnozla tənəffüs sistemi xəstəlikləri qeydə alınıb.

Sözügedən xəstəlik səbəbindən ölüm faktı isə 125 nəfər təşkil edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin