Gəncədə ahıl kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin yaşayış massivlərindən birində baş verib.
1948-ci il təvəllüdlü Zakir Həsənov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi ehtimal olunur.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu







































































































