Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

Hazırda oxunan: Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

633412

2026-2027-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ailələrin əsas qayğılarından biri isə məktəb alış-verişidir.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, məktəbə hazırlıq siyahısı uzandıqca xərclər də artır.

Valideynlər ötən illə müqayisədə qiymətləri dəyərləndirərək bir məktəblinin məktəbə hazırlanmasının ailə büdcəsinə nə qədər başa gəldiyini hesablayıblar. Paytaxt sakinləri arasında keçirilən sorğuda valideynlər bildiriblər ki, bir uşağın məktəbə hazırlanması üçün 100-300 manata yaxın vəsait tələb olunur.
 

Paytaxtdakı mağazalarda məktəb üçün lazım olan məhsulların qiymətləri də araşdırılıb. Araşdırma zamanı məlum olub ki, bir şagird üçün məktəb ləvazimatlarının ümumi qiyməti təxminən 50 manat təşkil edir. Məktəbli formasının qiyməti isə satış məkanından və geyimin növündən asılı olaraq dəyişir. Satıcının sözlərinə görə, bir uşağın birillik məktəbli geyimi 61 manata başa gəlir.


Beləliklə, məktəb ləvazimatları ilə məktəbli formasını birlikdə hesabladıqda, bir şagird üçün əsas alış-verişin ümumi məbləği 100 manatdan çox təşkil edir. Lakin bu məbləğə ayaqqabı, corab və digər aksesuarlar daxil deyil.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin