ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

Hazırda oxunan: ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

633090

ABŞ Prezidenti Donald Trampın administrasiyası sərtləşdirilən immiqrasiya siyasəti çərçivəsində immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, çərşənbə axşamı ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinə başlanılıb. Bununla əlaqədar viza xidmətləri üçün müraciətlərin qəbulu və görüşlərin təyin olunması təlim başa çatana qədər mümkün olmayacaq.


Reuters qeyd edir ki, Tramp administrasiyası deportasiyaların artırılması və immiqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində genişmiqyaslı kampaniya aparır. Bu siyasət viza və yaşıl kartların ləğv edilməsini, həmçinin siyasi baxışlar və Fələstin tərəfdarı aksiyalarda iştirak da daxil olmaqla müxtəlif səbəblərlə müraciətlərin rədd edilməsini nəzərdə tutur.

ABŞ administrasiyası hesab edir ki, bu tədbirlər ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin