Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin İsrail ərazisində fəaliyyətini qadağan edən qanuna uyğun olaraq, qurumun Qüdsdəki kompleksinin təxliyəsinə başlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu elan edib.
"Mənim göstərişlərimə uyğun olaraq və qəbul edilmiş qanunun icrası məqsədilə bu gün (25 avqust - red.) Qüdsdə, Kafr-Akabdakı kompleksin təxliyəsinə başlanılıb. İsrail dövləti oktyabr terroru və qırğınında əməkdaşları iştirak edən bir təşkilatın öz ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcək və bütün mövcud vasitələrlə onunla mübarizə aparacaq", - deyə Netanyahu əlavə edib.
İsrail tərəfi daha əvvəl də dəfələrlə iddia edib ki, bu agentliyin bir çox əməkdaşı eyni zamanda HƏMAS-ın hərbi qanadının fəaliyyətində iştirak edir.
Bizim.Media



































































































