Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

Hazırda oxunan: Latviya Rusiya və Belarus mallarını qadağan etdi – Bu tarixdən qüvvədədir

633076

Latviya Nazirlər Kabinetinin avqustun 25-də qəbul etdiyi qaydalara əsasən, 1 sentyabr 2026-cı il tarixindən etibarən ölkəyə Rusiya və Belarusdan bir sıra sənaye mallarının idxalı qadağan olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.
 

Məhdudiyyətlər yalnız birbaşa Rusiya və Belarusdan gətirilən mallara deyil, həm də bu ölkələrin istehsalı olan və Latviyaya digər dövlətlər vasitəsilə daxil olan məhsullara şamil ediləcək.


Qadağa siyahısına çap kitabları, qəzetlər və digər poliqrafiya məhsulları, geyimlər, hazır tekstil məmulatları, ayaqqabılar, baş geyimləri, oyuncaqlar, oyunlar və idman ləvazimatları daxildir.

Latviya Seymi (parlamenti) müvafiq qərarı hələ iyulun sonlarında təsdiqləyib. Hökumət tərəfindən qəbul edilən yeni qaydalar isə bu qadağanın qüvvəyə minmə tarixini müəyyən edir.

Latviya tərəfinin qeyd etdiyinə görə, bu məhdudiyyətlər ölkənin təhlükəsizliyini artırmaq, Rusiya və Belarusun ixracdan əldə etdiyi gəlirləri azaltmaq, həmçinin Latviyaya Rusiya təbliğat materiallarının daxil olmasının qarşısını almaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin