Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

Hazırda oxunan: Mərkəzi Neftçilər Xəstəxanasında ONLAYN NÖVBƏ sistemi istifadəyə verildi

633023

Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd olunub.
 

Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.


Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir.

Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin