Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Hazırda oxunan: Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

633052

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb.

O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.
 

Qeyd edək ki, R.Əsədullayev 1983-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olub, Pediatriya fakültəsində təhsil alıb.


2015-2017-ci illərdə FHN-nin Mülki müdafiə qoşunlarında tibb məntəqəsinin həkimi vəzifəsində çalışıb. 2017-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Sənayə təbabəti şöbəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi vəzifəsində işləyib.

2017-ci ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifəsində çalışıb. 2017-ci ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi vəzifəsində fəaliyyət göstərib.

2018-ci ildə Ankara şəhəri Başkənt Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsində assistant həkim işləyib.

2019-cu ildə Moskva şəhərində "Uşaqlarda reanimasion tədbirlər" adlı, 2021-ci ildə isə Ukraynanın Dnepr şəhərində İ.Meçinkov adına xəstəxanada "Təcili Yardımın Təşkili" adlı təkminləşdirmə kursu keçib. R.Əsədullayev müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin