Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub.
Bizim.Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb.
F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir.
Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb.
Xatırladaq ki, F.Mahmudova 2024-2026-cı illərdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. O, iyun ayında TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə vəzifədən azad olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 25.08.2026
Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO
Hazırda oxunan: Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO
Hazırda oxunan: Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu – FOTO
633012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































