Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 60 yaşlı R. Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media



































































































