Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Hazırda oxunan: Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

632967

Tez-tez nazirlik və komitələrdə boş iş yerləri ilə bağlı elanlara rast gəlirik. Təbii ki, yüksək əmək haqqı ilə diqqət çəkən bu vakansiyaların əldə edilməsi üçün rəqabət güclü olur.

Üstəlik, dövlət qulluqçusu olmaq üçün ilk növbədə Dövlət İmtahan Mərkəzində imtahan vermək lazımdır.

Bəs elə isə dövlət qurumlarında işə düzəlmək üçün hökmən DİM-də imtahan vermək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, ilk növbətə vakansiyaları təsnifatlaşdırmaq lazımdır:

“Biri var ki, dövlət qulluğuna qəbul, bir də var dövlət qurumunda hər hansı işə qəbul. Bunlar arasında fərq var. İcra qurumlarında və bəzi hökümət orqanlarında işə qəbul DİM üzərindən həyata keçirilir. Bilirsiniz ki, dövlət qulluğuna qəbul bir neçə mərhələdən ibarətdir.

İlkin tələbsə DİM-in imtahanını uğurla keçməkdir. Bu imtahandan uğurla keçən istənilən şəxs dövlət qurumlarındakı vakansiyalara iddiaçı ola bilər. Amma dövlət qurumlarında bəzi vəzifələr var ki, ora qəbul üçün DİM imtahanından keçmək tələb olunmur. Məsələn yüksək vəzifələrə təyinatda istisnalar var ki, namizədin DİM imtahanından keçməsi vacib deyil. Eləcə də xırda təsərrüfat işçiləri üçün də bu tələb yoxdur”.

Müsahibimiz onu da qeyd edib ki, heç də bütün dövlət qurumlarına işə qəbul DİM üzərindən aparılmır:

“Məsələn, SOCAR, ABB və bu kimi dövlət təşkilatları var ki, orada işə qəbul daxili qayda ilə aparılır. Eyni zamanda nazirlik və komitələrin tabeçiliyində olan publik hüquqi şəxslərə işə qəbul fərqli formadadadır. Ona görə də bəzi dövlət qurumları var ki, orada çalışanlar dövlət qulluqçusu hesab edilmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin