Tramp: “Kanada dövlət deyil”

Hazırda oxunan: Tramp: “Kanada dövlət deyil”

633073

ABŞ Prezidenti Donald Tramp Kanadanı əməkdaşlıq etdiyi ölkələr arasında ən mürəkkəb və məntiqsiz ölkə hesab edir.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabındakı paylaşımında qeyd edib. Onun sözlərinə görə, Kanada on illərdir ABŞ-ı “qarət edir”.
 

“Onlar bizim fermerlərimizə 400%-lik və daha artıq tarif tətbiq edirlər. Onlar bir çox möhtəşəm ABŞ şirkətlərini sıxışdırıb çıxarıblar”, - Tramp vurğulayıb.


O, həmçinin Kanadanın “dövlət olmadığını” qeyd edib.

Tramp əlavə edib ki, Kanada bütün bu hərəkətlərinə haqq qazandırmağa çalışır, lakin bundan sonra Ottava rəhbərliyi özünü haqlı hiss edə bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin