Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Hazırda oxunan: Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

633050

Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb və Hörmüz boğazı ilə bağlı fikir mübadiləsi aparıb.

Bizim.Media xəbər verir ki, Omanın XİN rəhbəri bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
 

"Ümid edirəm ki, tezliklə Hörmüz boğazı üçün müvəqqəti dəhlizi və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün praktiki tədbirləri elan edəcəyik", - Bədr əl-Busaidi bildirib.


Onun sözlərinə görə, İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsinə uyğun olaraq, boğazın gələcək idarəçiliyi və daimi həll yolu öz vaxtında təmin ediləcək:

"Regional tərəfdaşlarla müzakirələr sülh və əməkdaşlığı, sabitliyi, naviqasiya azadlığını dəstəkləmək məqsədilə aparılacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin