Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

Hazırda oxunan: Acqarına təmiz zeytun yağı içmək vərdişinə son verin — ZƏRƏRLİDİR

632457

Son illərdə günə bir qaşıq zeytun yağı ilə başlamaq vərdişi sosial mediada populyarlıq qazanıb.

Bizim.Media xəbər verir ki, bu ritualın tərəfdarları onun həzmi yaxşılaşdırmağa, ürək sağlamlığını dəstəkləməyə və hətta bədəni toksinlərdən təmizləməyə kömək etdiyinə inanırlar.

Lakin qidalanma mütəxəssisləri deyirlər ki, acqarına zeytun yağı içməyin faydalı hesab edilməsi üçün heç bir elmi əsas yoxdur.
 

Rafinə olunmamış zeytun yağı, həqiqətən də dəyərli xüsusiyyətlərə malikdir. Tərkibində antioksidant xüsusiyyətlərə malik tək doymamış yağ turşuları, E vitamini və polifenollar var. Bu məhsulun pəhrizə müntəzəm daxil edilməsi ürək-damar sisteminə və maddələr mübadiləsinə faydalı təsir göstərir.


Xüsusilə, balanslı pəhrizin bir hissəsi kimi istehlakı müəyyən xroniki xəstəliklərin riskini azaltmaq və normal həzm funksiyasının qorunması ilə əlaqələndirilir.

Lakin mütəxəssislər zeytun yağını acqarına deyil, xüsusən salatlarda daha faydalı olduğunu deyirlər. Əksinə acqarına zeytun yağı içmək xoşagəlməz həzm reaksiyalarına səbəb ola bilər. Mümkün simptomlara ürəkbulanma, reflüks, mədə spazmları və ishal daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin