Almaniya hökuməti Berlindəki "Rus evi"nə ("Русский дом") qarşı sanksiyaların tətbiq olunması və mərkəzin bağlanması imkanlarını nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət Almaniya hakimiyyətinin Rusiyanın artan hibrid fəallığına, xüsusilə də avqustun əvvəlində Leypsiq hava limanında baş verən dron insidentinə reaksiyasından gedir.
Almaniya XİN-dən isə bildirilib ki, Rusiyanın Almaniyanın mədəniyyət təşkilatlarına qarşı hərəkətlərini, eləcə də artan hibrid fəallığını nəzərə alaraq AFR hökuməti "Rus evi"nin fəaliyyətinin müqavilə-hüquqi əsaslarını kompleks şəkildə yoxlayır.
Bizim.Media





































































































