Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoyulmasına çağırıb və mümkün razılaşmanın Tehranın təslim olması anlamına gəlməyəcini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Nəşrin yazdığına görə, Pezeşkian müharibənin gec-tez başa çatmalı olduğunu deyərək, bunun İranın güclü və nüfuzlu olduğu bir vaxtda baş verməsinin daha yaxşı olduğunu vurğulayıb.
“Müharibə nə vaxtsa bitməlidir. Müharibəni indi, güc və nüfuzumuz olduqda və bütün dünya qələbəmizi tanıdığı zaman bitirmək daha yaxşıdır”, – deyə, prezident açıqlayıb.
O, eyni zamanda İranın mümkün yeni hücumlar qarşısında müqavimətdən geri çəkilməyəcəyini və buna sərt cavab verəcəyini söyləyib.
Habelə, dövlət başçısı Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanı da yüksək dəyərləndirib. Onun sözlərinə görə, sənəddə İranın təslim olmasını nəzərdə tutan bir şərt yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Region
20:44 / 21.08.2026
Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”
Hazırda oxunan: Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”
Hazırda oxunan: Pezeşkian: “Müharibəni İran hələ güclü ikən bitirmək yaxşıdır”
632366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































