Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Hazırda oxunan: Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

632341

Avqustun 21-də Rusiya Krivoy Roqun ən böyük ticarət kompleksinə PUA ilə zərbə endirib, nəticədə çox sayda insan xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə RBC-Ukraine agentliyi, Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın bəyanatlarına istinadən məlumat yayıb.

"Alçaqlar şəhərin ən böyük ticarət kompleksinə zərbə PUA-sı ilə hücum etdilər. Yanğın var, vizual olaraq çox sayda yaralı görünür", – deyə Vilkul bildirib.

O əlavə edib ki, atəşə tutulan ərazidə qəza-xilasetmə əməliyyatına başlanılıb.

"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", – deyə Qanja qeyd edib.
 

Daha sonra Vilkul ticarət kompleksinə reaktiv "Şahid" pilotsuz uçuş aparatı ilə təkrar hücum edildiyini xəbər verib. O vurğulayıb ki, düşmən dronları olduqca alçaq hündürlükdən uçur.


O, həmçinin rus işğalçılarının yeni mümkün zərbələri barədə xəbərdarlıq edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin