Qeyri-adi mağaza – 60 saniyəyə “oğurla”, kameraya yaxalanmasan hamısı sənindir – VİDEO

Hazırda oxunan: Qeyri-adi mağaza – 60 saniyəyə “oğurla”, kameraya yaxalanmasan hamısı sənindir – VİDEO

632425

Yaponiyada alış-verişi əyləncəyə çevirən qeyri-adi mağaza fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, mağazaya daxil olan müştərilər adi qaydada məhsul almaq əvəzinə 60 saniyəlik xüsusi oyunda iştirak edirlər.
 

Qaydalara əsasən, iştirakçı əvvəlcə sabit məbləğ ödəyir və daha sonra bir dəqiqə ərzində mağazadakı mümkün qədər çox şirniyyatı toplamağa çalışır.


Lakin oyunun əsas çətinliyi təhlükəsizlik kameralarıdır. Müştərinin götürdüyü şirniyyat kamera tərəfindən qeydə alınarsa, həmin məhsul ona verilmir. Yalnız kameraların görüntü zonasına düşmədən götürülən şirniyyatları iştirakçı özü ilə apara bilir.

Beləliklə, mağaza adi alış-veriş prosesini bir növ 60 saniyəlik gizlənqaç və “oğurluq” simulyasiyasına çevirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin