Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Hazırda oxunan: Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

632347

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, Binəqədi rayonu 7-ci mikrorayon İlham Hacıyev küçəsi, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 81 820 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Qeyd olunub ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin