Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Hazırda oxunan: Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

632388

Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığında regional məsələlər və Hörmüz boğazındakı gəmiçiliklə bağlı vəziyyət müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Omanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildirilib.
 

Məlumata görə, tərəflər Hörmüzdən gəmilərin sərbəst keçidinin bərpası və zəmanət altına alınmasına, habelə regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş praktiki razılaşmaların işlənib hazırlanması məqsədilə məsləhətləşmə xarakterli qarşılıqlı fəaliyyətin davam etdirilməsinin zəruriliyinə diqqət çəkiblər.


Diplomatlar həmçinin Yaxın Şərqdəki cari hadisələr kontekstində siyasi dialoqun və danışıqlar prosesinin bərpasına kömək edəcək şəraitin formalaşdırılması imkanlarını müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin