Rəsmən Ronaldonun uşaqlarının anası oldu

Hazırda oxunan: Rəsmən Ronaldonun uşaqlarının anası oldu

632407

Kriştianu Ronaldo və Corcina Rodrigezin nikahından cəmi bir həftə sonra ailədə daha bir mühüm yenilik yaşanıb.

Bizim.Media “New York Post”a istinadən xəbər verir ki, Corcina Rodrigez Ronaldonun daha əvvəl surroqat ana vasitəsilə dünyaya gələn üç övladını rəsmi şəkildə övladlığa götürüb. 

Bununla da o, Kriştianu Ronaldo Jr., Eva Mariya və Mateo Ronaldonun qanuni anası statusunu qazanıb.

2010-cu ildə doğulan Ronaldo Jr. və 2017-ci ildə dünyaya gələn əkizlər Eva Mariya ilə Mateo uzun müddətdir Rodrigezin himayəsində böyüyür. Corcina onların tərbiyəsində yaxından iştirak edib və uşaqlarla ana-övlad münasibətinə bənzər güclü bağ formalaşdırıb.

Ronaldo ilə münasibətindən Rodrigezin iki qızı da var. Alana 2017-ci ildə, Bella Esmeralda isə 2022-ci ildə doğulub. Həmin il cütlük əkiz övlad gözləsə də, Bellanın əkiz qardaşı doğuş zamanı vəfat edib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin