“Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Cənubi Karolinada keçirilən seçkiöncəsi mitinq zamanı deyib.
“Onlar mənə qarşı impiçment edəcəklər. Onların bunu niyə etdiklərinə dair heç bir fikirləri yoxdur”, - deyə Tramp Demokratlar Partiyasını nəzərdə tutaraq bildirib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri (435 nəfər), həmçinin Senatın üçdə biri – 33 senator yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
Bizim.Media





































































































