2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan 48 nəfərin xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan təhvil alınıb.
Eyni zamanda, bu müddətdə 20 nəfərin xarici ölkələrə təhvil verilməsi təmin edilib.
Bildirilib ki, 6 nəfər Özbəkistana, 4 nəfər Rusiyaya, 3 nəfər Qırğız Respublikasına, 1 nəfər Moldovaya, 1 nəfər Çinə, 1 nəfər Hindistana, 1 nəfər Türkiyəyə, 1 nəfər Rumıniyaya, 1 nəfər Tacikistana və 1 nəfər Türkmənistana təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:06 / 21.08.2026
Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub
Hazırda oxunan: Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub
Hazırda oxunan: Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub
632339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































