Hazırda Krivoy Roqda ticarət mərkəzinə endirilən zərbədən sonra xilasetmə əməliyyatı davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yazıb.
"Bir neçə Rusiya dronunun zərbəsi olub. Məqsədli, alçaqcasına. Bir-birinin ardınca.Artıq 14 nəfərin həlak olduğu məlumdur. 100-dən çox insan yaralanıb.
Onların arasında 11 uşağın olduğu bildirilir. Rusların mütləq vəhşiliyidir. Sadəcə məxluqdurlar. Mütləq cavab verəcəyik.
Dünyanın bu barədə susmaması vacibdir. Bu Rusiya müharibəsinə son qoyulmalıdır və dünyanın bizə kömək etməsinə ehtiyac var", — deyə o qeyd edib.
Ukrayna tərəfi bəyan edib ki, Rusiyanın ticarət mərkəzinə endirdiyi iki zərbə nəticəsində 14 nəfər həlak olub, 121 nəfər isə zərər çəkib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:28 / 21.08.2026
Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ
Hazırda oxunan: Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ
Hazırda oxunan: Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ
632385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































