Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Hazırda oxunan: Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

632383

ABŞ administrasiyası Avropadakı hərbi mövcudluğuna yenidən baxılması çərçivəsində NATO-dakı müttəfiqlərinə anket göndərib. 

Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Vaşinqton bu sənədlə müttəfiqlərindən Donald Trampın xarici siyasət xəttini açıq şəkildə bəyənməyə hazır olduqlarını təsdiqləməyi, həmçinin ABŞ-nin müdafiə sektoru şirkətlərindən alınan məhsulların həcmi barədə hesabat verməyi xahiş edir.

Nüsxələrinin 28 avqusta qədər tamamlanması gözlənilən sənəddə Avropa tərəfdaşlarının ABŞ prezidentinin fəaliyyətinə sədaqətini qiymətləndirən bölmələr yer alır.

Bundan əlavə, ABŞ administrasiyası müttəfiq dövlətlərin ərazisindəki hərbi bazalarının fəaliyyətinə hər hansı maneənin olub-olmadığını araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin