Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Hazırda oxunan: Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

632397

Azərbaycanda bir qrup şəxsin mənzilləri cari təmir olunacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satınalma elan edilib.

Satınalma Abşeron rayonunun Şəfəq qəsəbəsindəki yaşayış kompleksində yerləşən 52 binadakı ümumilikdə 606 mənzilin cari təmir işlərini əhatə edir.

Təmir işlərinə sərf olunacaq məbləğ 3 milyon 402 min manat müəyyənləşdirilib.

Qeyd edək ki, işlər çərçivəsində 606 mənzil yaşayış üçün daha əlverişli vəziyyətə gətiriləcək və mövcud çatışmazlıqlar aradan qaldırılacaq Təmir işləri mənzillərin texniki və məişət baxımından vəziyyətinin yaxşılaşdırılmasına, sakinlər üçün daha rahat yaşayış şəraitinin yaradılmasına imkan verəcək. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin