Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Hazırda oxunan: Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

631214

Mərkəzi Asiya ölkələrindən birinin energetika sistemində baş verən qəza bütün regionun elektrik təchizatına təsir edib.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Özbəkistanın Surxandərya vilayətində və bəzi digər bölgələrində işıqlar sönüb.

"Hazırda energetika sisteminin əməkdaşları tərəfindən elektrik təchizatı tədricən bərpa olunur. Əlavə məlumat daha sonra veriləcək", – deyə nazirliyin açıqlamasında bildirilir.
 

Bununla yanaşı, avqustun 14-də elektrik enerjisinin verilişində fasilələr Qırğızıstan, Qazaxıstan və Tacikistanda da qeydə alınıb. Bişkekdə bir neçə rayonun sakinləri yerli vaxtla saat 15:00-dan etibarən işıqların kəsildiyini bildiriblər.


Qazaxıstanın Almatı şəhərində və Almatı vilayətində də kütləvi sönmələr baş verib. "Alatau Jarık Kompaniyası" SC-nin məlumatına görə, L-5400, L-5300 və L-5320 xətlərində qəza kəsintisi olub və avtomatik qəzaəleyhinə sistem işə düşüb. Açılan yükün həcmi 300 MVt təşkil edib.

Tacikistanda isə analoji kəsintilər Düşənbə, Kulab, Xucand, Vəhdət, Norək, Hissar, Şəhrinav, Roğun və digər yaşayış məntəqələrində qeydə alınıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin