Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Hazırda oxunan: Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

631208

ABŞ-ın Massaçusets ştatında 17 yaşlı Arjun Aravind anası və 14 yaşlı qardaşını öldürməkdə ittiham olunub.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, araşdırma zamanı onun cinayətdən əvvəl internetdə və süni intellekt vasitəsilə ailəsinin öldürülməsi ilə bağlı müxtəlif ssenarilər araşdırdığı məlum olub.
 

Prokurorluğun məlumatına görə, yeniyetmə aylar ərzində, o cümlədən hadisə günü süni intellektdən istifadə edərək ölüm və cinayətlə bağlı hekayələr hazırlayıb və ailəsinin ölümü ilə bağlı suallar verib. Bununla belə, “ChatGPT”nin ona birbaşa cinayət törətmək təlimatı verdiyi iddia olunmur.


Aravind hadisədən sonra anasına məxsus avtomobillə evdən uzaqlaşıb və təxminən 21 kilometr məsafədə saxlanılıb. O, məhkəmədə özünü təqsirli bilməyib və girov hüququ olmadan həbs edilib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin