16 ildən sonra İLK – Eyni gündə üç nəfəri edam etdilər

Hazırda oxunan: 16 ildən sonra İLK – Eyni gündə üç nəfəri edam etdilər

631179

Avqustun 13-də ABŞ-nin üç ştatının - Tennessi, Alabama və Oklahomanın hakimiyyət orqanları üç məhkum barəsində ölüm hökmlərini icra edib.

Bizim.Media "Associated Press"ə (AP) istinadən xəbər verir ki, ABŞ-də sonuncu dəfə bir gün ərzində üç edam 16 il əvvəl həyata keçirilib.
 

Alabamada 2021-ci ildə beş yaşlı qızı zorlamaqda və öldürməkdə təqsirli bilinən Ceremi Uilyams edam edilib. Oklahomada 2003-cü ildə sevgilisi Olimpiya Fişeri öldürdüyünə görə məhkum edilmiş Karlos Kuesta Rodriqes barəsindəki ölüm hökmü icra olunub.


Tennessidə 1985-ci ildə xadiməni öldürdüyünə görə məhkum olunmuş Entoni Darrell Hayns edam edilib.

AP-nin məlumatına görə, bir gündə üç edamın həyata keçirilməsi ABŞ-də icra edilən ölüm hökmlərinin sayının artmasını əks etdirir. 2025-ci ildə ölkədə 47 nəfər edam edilib - bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin