Livan Prezidenti: “İsrailin ərazimizin heç bir hissəsində qalmasına icazə verməyəcəyik”

Hazırda oxunan: Livan Prezidenti: “İsrailin ərazimizin heç bir hissəsində qalmasına icazə verməyəcəyik”

630558

Livan Prezidenti Cozef Aun danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib və İsrailin Livan ərazisinin hər hansı hissəsində hərbi mövcudluğunu saxlamasına icazə verilməyəcəyini vurğulayıb.

Bizim.Media xəbər verir ki. Bu barədə “Al Arabiya” məlumat yayıb.

Aun Maronit İnstitutunun nümayəndə heyəti ilə görüşündə davam edən danışıqların Livana qarşı “dağıdıcı müharibə”nin nəticələrindən daha üstün olduğunu qeyd edib.

Prezidentin sözlərinə görə, çərçivə sazişinin imzalanmasından sonra İsrailin zərbələrinin miqyasını məhdudlaşdırmaq mümkün olub.

“Livanlılar arasında məqsədlərlə bağlı fikir ayrılığı yoxdur”, — deyə Aun bildirib. O, əsas məqsədlər sırasında İsrail qüvvələrinin Livandan çıxarılmasını, əsirlərin qaytarılmasını və dağıdılmış ərazilərin bərpasını göstərib.
 

“Son nəticədə İsrailin torpaqlarımızın heç bir hissəsində, hətta bir qarışında belə qalmasına icazə verməyəcəyik”, — deyə Livan prezidenti vurğulayıb.


Aun həmçinin Livanın cənubunda yaşayan insanların sabitlik şəraitində yaşamalı olduğunu və “Livanın maraqlarına aid olmayan məqsədlər naminə” onların adından aparılan müharibələrlə üzləşməməli olduqlarını bildirib.

“Mənim bugünkü məqsədim nəyin bahasına olursa-olsun dövləti bərpa etməkdir”, — deyə Livan prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin