Rusiya Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırmaq qərarı verib.
Bizim.Media xəbər verir ki, qadağa iyulun 27-dən qüvvəyə minəcək.
Bildirilib ki, qərarın səbəbi Ermənistanda xammalın mənşəyinin təsdiqlənməsi sisteminin olmaması və istehsalçılara nəzarətin aparılmamasıdır.
Bu addım daha əvvəl Ermənistan idxalına tətbiq edilən bir sıra məhdudiyyətlərin davamı hesab olunur.
Sözügedən qadağalar əvvəlcə alkoqollu içkilər, güllər, meyvə, tərəvəz, mineral su və balıq məhsullarına da şamil edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:49 / 26.07.2026
Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu
Hazırda oxunan: Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu
Hazırda oxunan: Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoydu
627599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































