Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

626713

Moldova Parlamenti maliyyəçi Vasile Tofanın rəhbərlik etdiyi hökumətin proqramını və yeni tərkibini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə qanunverici orqanın saytında yayımlanan iclasın videoyazısında bildirilib.

Parlamentin sədri İqor Qrosunun sözlərinə görə, hökumətin proqramının təsdiqlənməsi və ona etimad səsinin verilməsi haqqında qərar layihəsini 53 deputat dəstəkləyib. Yeni nazirlər kabinetinə yalnız "Fəaliyyət və Həmrəylik" Partiyasının (PAS) nümayəndələri səs verib; müxalifət fraksiyaları isə hökumətin proqramını və tərkibini kəskin tənqid edərək layihənin əleyhinə çıxıblar.

Xatırladaq ki, iyulun 11-də Moldova Prezidenti Maya Sandu baş nazir vəzifəsinə Vasile Tofanın namizədliyini irəli sürmüşdü.
 

Ölkədə hökumət başçısı postu iyulun 3-də, 2025-ci ilin noyabrından bu vəzifəni tutan Aleksandr Muntyanunun istefa verməsi ilə boşalmışdı.


Tofan Moldovada sahibkar və investor kimi tanınır. O, 2020-ci il seçkilərində PAS partiyasına və Maya Sanduya maliyyə dəstəyi göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin