İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

Hazırda oxunan: İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

626082

ABŞ ordusunun İrana endirdiyi gecə zərbələri strateji əhəmiyyətli Bəndər-Abbas şəhərinin ölkənin digər bölgələri ilə əlaqəsini tamamilə kəsib. 

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti məlumat yayıb.

Amerikanın bombardmanları nəticəsində Bəndər-Abbası İranın digər əraziləri ilə birləşdirən körpülər və dəmir yolu xətləri dağıdılıb. Hazırda şəhərin təxminən 500 min nəfərlik əhalisi tam blokada şəraitində qalıb.
 

Sözügedən bölgədə yerləşən "Şəhid Rəcayi" limanı rəsmi Tehranın "qızıl qapısı" hesab olunur. Çünki İrandakı ümumi əmtəə dövriyyəsinin, o cümlədən sənaye avadanlıqları, tikinti materialları, kənd təsərrüfatı məhsulları, istehlak malları, polad, gübrə və neft məhsullarının təxminən yarısı məhz bu limanın payına düşür.


Bundan başqa, Bəndər-Abbasda İranın əsas hərbi-dəniz bazası yerləşir ki, Tehranın Hörmüz boğazına nəzarət etmək imkanı birbaşa bu obyektdən asılıdır. 

Pentaqonun sabiq əməkdaşı Maykl Rubin "The Telegraph" nəşrinə açıqlamasında bildirib ki, ABŞ bu şəhərin təcrid olunmasını Hörmüzdə azad gəmiçiliyi bərpa etməyin yeganə yolu kimi nəzərdən keçirir:

"Pentaqonda getdikcə belə bir rəy formalaşır ki, ABŞ bunu istəsə də, istəməsə də, bu gərginliyə son qoymaq üçün başqa seçimi yoxdur".

Bununla belə, "The Telegraph" qəzeti vurğulayır ki, ABŞ ordusunun mülki infrastruktur obyektlərinə — körpülərə və dəmir yollarına endirdiyi zərbələr Birləşmiş Ştatların da imzaladığı 1949-cu il Cenevrə konvensiyalarının pozulması kimi qiymətləndirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin