G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək

Hazırda oxunan: G7 ölkələri razılığa gəldilər: Rusiyaya qarşı təzyiqlər davam etdiriləcək

625655

Böyük yeddilik ölkələri Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

G7 ölkələrinin xarici işlər nazirləri bu barədə Yaponiyada keçirilən sessiyada razılığa gəliblər.

“Böyük yeddilik ölkələri Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcək və Ukraynaya güclü dəstək verməkdə davam edəcəklər”, - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, G7 ölkələri Rusiyaya silah tədarük edən dövlətlərə qarşı təzyiqləri daha da gücləndirəcəklərini bəyan ediblər.

Mənbə: TASS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin