Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Hazırda oxunan: Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

624875

Polşanın xarici işlər naziri Radoslav Sikorski "Il Messaggero" nəşrinə müsahibəsində Rusiyanın yaratdığı təhlükəsizlik çağırışlarını dəyərləndirib.

"Biz təhlükəsizliyimizi təxminən 500 ildir ki, Rusiya kontekstində düşünürük və bu, heç vaxt dayanmayacaq", — deyə nazir bildirib.

Bizim.Media xəbər verir ki, Sikorski Rusiyanın tarix boyu Polşaya dəfələrlə müdaxilə etdiyini xatırladaraq, Moskvadan gələn təhdidləri çox ciddi qəbul etdiklərini vurğulayıb. Bununla belə, o, Rusiyanın hazırkı hərbi imkanlarına şübhə ilə yanaşdığını qeyd edib:
 

"Putinin bu gün bizə hücum etmək üçün vasitələri yoxdur: ən yaxşı halda o, hansısa təxribat törətməyə cəhd edə bilər. Baxmayaraq ki, artıq 13 ilə yaxındır cəhd edir, o, hələ də Donbası tam ələ keçirə bilməyib".


Nazir etiraf edib ki, buna baxmayaraq, narahatlıq üçün əsaslar var. O, Putinin Ukraynaya hücum edərkən son dərəcə optimist, lakin tamamilə yanlış qiymətləndirmələrə əsaslandığını xatırladıb:

"Məhz buna görə də, qələbə qazanmasa belə, onun yenidən oxşar bir qərar qəbul edə biləcəyi ehtimalını istisna edə bilmərik", — deyə Radoslav Sikorski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin