“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

Hazırda oxunan: “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

624806

Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb.

Bizim.Media  xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb.

O, qəza anını belə təsvir edib:

“Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözümə gün düşdü, bilmədim necə oldu. Bəlkə də yorğunluqdan idi, bir də gördüm ki, idarəetməni itirmişəm. 

Avtobus 51 yerlik olsa da, tam dolu deyildi, içəridə təxminən 30-35 nəfər olardı. Hər gün bu yolu gedib-gəlirəm. Neçə vaxtdır bu xətt üzrə işləyirəm, indiyə qədər belə bir hadisə baş verməyib”. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin