Türkiyənin cənub-qərbində, Dənizli vilayətində yerləşən dünyaca məşhur Pamukkale turizm mərkəzinin ətrafındakı meşəlik ərazidə yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, yanğının başvermə səbəbləri hələlik məlum deyil.
Alovun söndürülməsi üçün əraziyə 3 helikopter, 2 təyyarə və çox sayda yanğınsöndürən texnika cəlb olunub. Yanğınsöndürmə işləri intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, Pamukkale termal sulardan yaranan kalsium çöküntülərindən ibarət ağ terraslı tarixi bir ərazidir.
Bu ərazi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Bizim.Media



































































































