ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hazırda oxunan: ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

624753

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını tamamlayıb və bu, son bir həftə ərzində İslam Respublikasına qarşı üçüncü hücum olub.

Bizim.Media  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında yazıb.

CENTCOM-un açıqlamasına görə, hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə zərbə endirməsi ilə əlaqədar həyata keçirilib.

ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi obyektinə zərbələr endirib.

“Hədəflər arasında İran raketləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlər, Hərbi Dəniz Qüvvələrinə aid vasitələr, sursat anbarları, kommunikasiya şəbəkələri və sahil müşahidə məntəqələri olub”, - deyə CENTCOM-un paylaşımında qeyd olunub.

Komandanlıq bildirib ki, həftə ərzində həyata keçirilən üç hücum raundu zamanı ABŞ İranda ümumilikdə 300-dən çox hədəfə zərbə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin