İranın Omandakı səfiri Musa Fərhəngi Oman Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Musəndəm və əl-Vusta vilayətlərində yerləşən ərazilərin pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması ilə bağlı etiraz notası təqdim edilib.
Bizim.Media Oman Xəbər Agentliyinə istinadla xəbər verir ki, etiraz notası Xarici İşlər Nazirliyinin inzibati və maliyyə məsələləri üzrə müavini Şeyx Xalid əl-Məslihi tərəfindən səfirə təqdim olunub.
Oman tərəfi baş verən hadisələri “məsuliyyətsiz hərəkətlər” kimi qiymətləndirərək narahatlığını ifadə edib.
Rəsmi Maskat Tehranı dövlətlərin suverenliyinə hörmət etməyə, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, digər ölkələrin daxili işlərinə qarışmamağa, beynəlxalq norma və etik dəyərlərə əməl etməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:41 / 12.07.2026
Oman İrana NOTA VERDİ
Hazırda oxunan: Oman İrana NOTA VERDİ
Hazırda oxunan: Oman İrana NOTA VERDİ
624821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































