Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Hazırda oxunan: Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

624641

Balet incəsənətin xüsusi növüdür. Bunu xüsusi edənsə insan hekayələri, hislərinin rəqslə tamaşaçıya yaşadılmasıdır. Balet artistlərinin hər bir hərəkəti tamaşaçıya fərqli duyğu ötürür. Bu duyğuları yaşada bilmək illərin zəhməti hesabına başa gəlir.
 

Hər məşq dizlərdə, topuqlarda, barmaqlarda və onurğada iz qoyur. Onlar səhnədə barmaqlarının ucuna qalxaraq yüksək elastiklik, çeviklik nümayiş etdirirlər. Vaxt keçdikcə bu xüsusiyyətləri qorumaq çətinləşir. Çünki baletdə zaman təqvimlə deyil, bədənlə ölçülür. Sənətə olan sevgi dəyişməsə də, bədən zamanın hökmünə tab gətirmir.


Odur ki, balet artistləri peşələrini müəyyən yaşda dayandırıb, əmək təqaüdünə çıxırlar. Azərbaycanda vaxtilə 40 yaşında pensiyaya çıxan balet artistləri bir neçə ildir 60 yaşında pensiya hüququ qazanırlar. Onlara əmək təqaüdünə çıxmaq üçün sadəcə 5 il güzəşt olunur.
Balet artistləri də bu qərarın onlar üçün çətinlik yaratdıqlarını deyirlər.

Daha ətraflı Bizim.Media-nın süjetində:



Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin