Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı (//www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da (//www.facebook.com/stateexamcenter) yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
İyulun 13-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:47 / 12.07.2026
Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq
Hazırda oxunan: Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq
Hazırda oxunan: Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq
624800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































