Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Hazırda oxunan: Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

624841

Rusiya ərazisində və işğal altındakı torpaqlarda yanacaq qıtlığı ilə bağlı vəziyyət daha da gərginləşir.

Bizim.Media xəbər verir ki, monitorinq qrupları bu gün Rusiyanın enerji obyektlərinə qarşı irimiqyaslı pilotsuz uçuş aparatlarının (PUA) hücumunun başladığını bildirib.

Məlumatlara görə, 400-ə yaxın dron eyni vaxtda havaya qalxaraq Rusiya Federasiyasının dərinliklərində yerləşən neft emalı zavodlarına və yanacaq anbarlarına doğru irəliləyir. Məqsəd ölkədə onsuz da kritik həddə çatan yanacaq böhranını daha da dərinləşdirmək və logistika zəncirini pozmaqdır.
 

Son vaxtlar Rusiyada yanacaq qiymətlərinin kəskin artması və tədarük zəncirindəki problemlər yerli əhalini və iqtisadi sektoru narahat edirdi. Xüsusilə işğal altındakı Krım və digər ərazilərdə yanacaq qiymətlərinin hədsiz yüksəlməsi (bir litr benzinin 450 rubla çatması barədə məlumatlar yayılmışdı) ölkənin enerji təhlükəsizliyində ciddi boşluqların olduğunu göstərir.


Ekspertlər hesab edir ki, bu irimiqyaslı hücum Rusiyanın hərbi və mülki yanacaq təchizatına ciddi zərbə vuracaq. Rəsmi qurumlar hələlik hücumun nəticələri və dəyən ziyan barədə məlumat verməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin