Fransada yəhudilərə hücum təhlükəsinə görə 300 nəfər təxliyə edildi

Hazırda oxunan: Fransada yəhudilərə hücum təhlükəsinə görə 300 nəfər təxliyə edildi

624855

Fransanın paytaxtı Paris yaxınlığındakı Sarsel kommunasında yəhudi icmasına hücum təhlükəsi ilə əlaqədar 300 nəfər təxliyə olunub.

Bizim.Media  xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Bölgədəki kinozalın və yaxınlıqdakı restoranların ziyarətçilərinin təxliyəsi hüquq-mühafizə orqanlarının sinaqoqun yaxınlığında saxlanılmış şübhəli avtomobillə bağlı siqnal almasından sonra başlayıb. Hadisə yerindəki avtomobildə yeddi patronu olan tüfəng və 10 patronu olan tapança aşkar ediblər.
 

Axtarışın aparılması barədə qərar Fransanın Baş Daxili Təhlükəsizlik İdarəsindən daxil olan xəbərdarlıqdan sonra qəbul edilib. Kəşfiyyat məlumatlarına görə, avtomobildə yəhudi icmasına hücum zamanı istifadə oluna biləcək partlayıcı maddə də ola bilərdi.


"Hadisənin motivləri hələlik məlum deyil, şübhəlilərin şəxsiyyəti də müəyyən edilməyib. Hazırda istintaq aparılır və bu işin bütün təfərrüatına aydınlıq gətiriləcək", - deyə Fransanın daxili işlər naziri Loran Nünes BFMTV telekanalının efirində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin