İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

Hazırda oxunan: İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

624765

Şəhərdə elektrik enerjisinin verilişində yenidən kütləvi fasilələr yaranıb. 

Bizim.Media xəbər verir ki, Rusiya tərəfindən təyin edilmiş "qubernator" Mixail Razvojayev enerji şəbəkələrindəki kritik yüklənməni aradan qaldırmaq üçün elektrik təchizatının məhdudlaşdırıldığını açıqlayıb.

Enerji sistemində qəzaların qarşısını almaq məqsədilə istehlakçılar növbəli şəkildə elektrik enerjisindən məhrum edilir. 

Rəsmi məlumata görə, hər 3 saatdan bir növbəli şəkildə (1-ci və 2-ci qrup istehlakçılar üçün) elektrik enerjisinin verilişində fasilələr yaradılacaq.  

Razvojayev bu addımın "Qara dəniz dispetçer idarəsinin" göstərişi ilə atıldığını bildirib. Şəbəkələrdəki yüklənmənin xarici enerji sistemləri ilə əlaqəli olduğu qeyd edilsə də, yerli mənbələr və müstəqil monitorinq kanalları bunun davam edən hərbi hücumlar və infrastruktur obyektlərinə endirilən zərbələrin nəticəsi olduğunu bildirir.

Enerji böhranı ilə paralel olaraq, şəhərdə hava həyəcanı elan edilib və hərbi hədəflərə qarşı PUA hücumlarının baş verdiyi barədə məlumatlar yayılıb.

Hazırda şəhər rəhbərliyi sakinləri enerjiyə qənaət etməyə və telefonlarının enerji tutumunu qorumağa çağırıb. Sevastopolun bir çox rayonunda sosial infrastruktur və ictimai nəqliyyatın fəaliyyətində ciddi ləngimələr müşahidə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin