Fransada anomal istilər səbəbindən 96 departamentdən 37-də ən yüksək (qırmızı) səviyyəli hava təhlükəsi elan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Météo-France" milli meteoxidmətinin saytında yerləşdirilib.
Məlumata görə, daha 59 departamentdə isə narıncı təhlükə səviyyəsi tətbiq edilib. Hazırda respublikada maksimum temperatur müsbət 37 dərəcə təşkil edir, lakin onun müsbət 41 dərəcəyədək yüksələcəyi ehtimal olunur.
Bundan əvvəl Avropa ölkələri yeni anomal yüksək temperatur dalğası ilə üzləşmişdilər. İyul ayında güclü istilər səbəbindən baş verən yanğınlar 126 min hektardan çox torpaq sahəsini məhv edib. Bunun təxminən 40%-i İspaniyanın payına düşüb. Kataloniyada on minlərlə insan təxliyə edilib.
Fransada isə yanmış ərazilərin sahəsi 25 min hektara çatıb ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Mütəxəssislər qeyd ediblər ki, Avropada meşə yanğınları mövsümünün pik dövrü adətən avqust-sentyabr aylarına təsadüf edir. Onlar hakimiyyəti və əhalini bu təhlükəli dövrə öncədən hazırlaşmağa çağırıblar.
Bizim.Media





























































































