Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Hazırda oxunan: Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

624572

Yunanıstandan Almaniyaya uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş verən texniki nasazlıq uçuş zamanı qorxu dolu anlara səbəb olub.

Bizim.Media xəbər verir ki, Salonikidən Memmingen istiqamətində hərəkət edən “Boeing 737-800” təyyarəsi təxminən 20 min fut yüksəklikdə olarkən güclü partlayış səsi eşidilib.

İlkin məlumata görə, mühərrikdən qopan hissə sərnişin salonundakı pəncərələrdən birinə dəyərək onu zədələyib.

Nəticədə pəncərənin yanında əyləşən 61 yaşlı Serbiya vətəndaşı güclü hava axınının təsiri ilə qismən çölə sovrulub. Təhlükəsizlik kəmərinin bağlı olması onun tamamilə təyyarədən çıxmasının qarşısını alıb.

Sərnişinin həyat yoldaşı və yaxınlıqda əyləşən digər şəxslər onu ayaqlarından tutaraq salona çəkməyə çalışıblar. Gərgin vəziyyət bir neçə dəqiqə davam edib, bu zaman təyyarədə oksigen maskaları avtomatik aktivləşib.

Pilot hadisədən dərhal sonra marşrutu dəyişərək təcili şəkildə Saloniki hava limanına qayıdıb və təyyarəni təhlükəsiz endirib.

“Ryanair” açıqlamasında sərnişinlərin sonradan alternativ reyslə nəzərdə tutulan istiqamətə yola salındığını bildirib.

Hadisə nəticəsində boyun nahiyəsindən zədə alan və bədənində sıyrıqlar yaranan 61 yaşlı sərnişin xəstəxanaya yerləşdirilib. Təyyarədə olan hamilə qadın da ehtiyat məqsədilə tibbi müayinədən keçirilib. Məlumata görə, hər iki şəxsin səhhəti stabildir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin