Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib.
Yenilənən sənədə əsasən, "Zangazur" ("Zəngəzur" - red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır.
"Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır", - deyə mətndə qeyd olunub.
Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi.
Xatırladaq ki, "Zəngəzur" 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür. (Oxu.az)


Bizim.Media

- A-
- A
- A+
Dünya
12:25 / 09.07.2026
"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
Hazırda oxunan: "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
Hazırda oxunan: "Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
624222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































