Rusiyada miqrasiya siyasəti ilə bağlı yeni və olduqca sərt yanaşma gündəmə gəlib. Deputatlar ölkəyə gələn miqrantların fəaliyyətini tənzimləmək üçün üç "P" (rus dilində "прийти", "поработать", "попрощаться" – gəlmək, işləmək, vidalaşmaq) prinsipinin tətbiqini təklif ediblər.
Bizim.Media xəbər verir ki, parlament üzvlərinin irəli sürdüyü bu təşəbbüsə görə, miqrantlar Rusiyaya yalnız müəyyən bir işi yerinə yetirmək üçün gəlməli və öhdəlikləri başa çatdıqdan sonra dərhal ölkəni tərk etməlidirlər.
Bu yanaşma ilə rəsmi dairələr miqrasiya axınını daha çevik idarə etməyi və işçi qüvvəsinin ölkədə daimi yaşamaq hüququ əldə etmədən, yalnız ehtiyac duyulan müddətdə qalmasını hədəfləyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:15 / 05.07.2026
Rusiyada miqrantlar üçün "üç P" prinsipi: "Gəlin, işləyin və vidalaşın"
Hazırda oxunan: Rusiyada miqrantlar üçün "üç P" prinsipi: "Gəlin, işləyin və vidalaşın"
Hazırda oxunan: Rusiyada miqrantlar üçün "üç P" prinsipi: "Gəlin, işləyin və vidalaşın"
623354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































