Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Hazırda oxunan: Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

622693

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Meksika millisinin Ekvador üzərində qələbəsindən sonra paytaxt Mexikoda keçirilən kütləvi bayram tədbirləri zamanı iki nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 44 yaşlı kişi və 19 yaşlı qız həyatını itirib. Ölümə səbəb boğulma olub. Həkimlər zərərçəkənləri xilas etmək üçün reanimasiya tədbirləri görsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Meksika millisi dünya çempionatının 1/16 final mərhələsində Ekvadoru 2:0 hesabı ilə məğlub edərək, 1986-cı ildən sonra ilk dəfə mundialın pley-off mərhələsində ilk raundu adlayıb. Ev sahibi komanda 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin