Rusiyanın Kalininqrad şəhərində 2 yaşlı azyaşlı binanın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Yerə çatmağa saniyələr qalmış yoldan keçən yaşlı bir qadın uşağı havada tutmağı bacarıb.
Bizim.Media xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi açıqlamasında bildirilir:
"Hadisə şahidlərinin çevik reaksiyası sayəsində böyük bir faciənin qarşısı alınıb. 71 yaşlı qadın yıxılan uşağı havada tutaraq zərbənin gücünü azalda bilib".
Hadisədən sonra azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər, uşağın həyatı üçün heç bir təhlükə yoxdur.
Fədakarlıq göstərən təqaüdçü qadın da xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Zərbənin təsirindən onun bədənində sınıqlar və ağır əziklər diaqnozlaşdırılıb. Hazırda yaşlı qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:40 / 01.07.2026
Möcüzə: 71 yaşlı təqaüdçü pəncərədən yıxılan uşağı havada tutaraq xilas etdi
Hazırda oxunan: Möcüzə: 71 yaşlı təqaüdçü pəncərədən yıxılan uşağı havada tutaraq xilas etdi
Hazırda oxunan: Möcüzə: 71 yaşlı təqaüdçü pəncərədən yıxılan uşağı havada tutaraq xilas etdi
622676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































